Medianews.az
Azərbaycanın yeni ekologiya və təbii sərvətlər nazirinin BİOQRAFİYASI
138 baxış

Azərbaycanın yeni ekologiya və təbii sərvətlər nazirinin BİOQRAFİYASI

Fevralın 10-da sərəncam imzalayan Prezident İlham Əliyev Rəşad Sahil oğlu İsmayılovu ekologiya və təbii sərvətlər naziri təyin edib.

Medianews.az bildirir ki, 1979-cu il təvəllüdlü Rəşad İsmayılov Bakı Dövlət Universitetində hüquq üzrə bakalavr və magistr təhsili alıb.

Bir çox məsul post tutub, o cümlədən Mənzil İnşaatı Dövlət Agentliyinin şöbə müdiri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının şöbə müdiri, rəhbəri olub.

15 avqust 2024-cü ildən ekologiya və təbii sərvətlər nazirinin birinci müavini idi.

Ekologiya və təbii sərvətlər naziri postu 2025-ci il fevralın 5-dən boş idi. Həmin gün Muxtar Babayev nazir vəzifəsindən çıxarılaraq prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.

Medianews.az

Bizə qoşulun