Bu gündən Azərbaycanda bir sıra dəyişikliklər tətbiq olunacaq.
Dəyişikliklər nəqliyyat, sosial təminat, energetika və hərbi xidmət sahələrini əhatə edir.
Belə ki, bu gündən "BakıKart" kartının satış qiyməti 2 manatdan 3 manata yüksəlir.
Eyni zamanda, gücü 25-60 Vt olan közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilir.
Həmçinin qadınların pensiya yaşı da artırılır. Belə ki, pensiya yaşı 64 il 6 aydan 65 yaşa yüksəlir.
Bundan başqa, Bakı-Balakən qatarının vaxtı dəyişir. Yeni qrafikə əsasən, qatar Bakından saat 23:30-da, Balakəndən isə saat 21:10-da yola düşəcək.
İyulun 1-dən 30-dək hərbi xidmətə növbəti çağırış və ehtiyata buraxılma prosesi həyata keçiriləcək.