Medianews.az
Azərbaycan xaricdən ən çox nə alır?
137 baxış

Azərbaycan xaricdən ən çox nə alır?

2026-cı ilin ilk beş ayında Azərbaycanın maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri üzrə idxalı 1,6 milyard dollar, yeyinti məhsulları üzrə idxalı 1,1 milyard dollar, nəqliyyat vasitələri və onların hissələri üzrə idxalı 911,3 milyon dollar göstərilib.

Medianews.az bildirir ki, Dövlət Gömrük Komitəsi qalan əsas məhsulları idxal dəyərinə görə belə sıralayıb:

qara metallar və onlardan hazırlanan məmulatlar – 462,4 milyon dollar;

plastmas və ondan hazırlanan məmulatlar – 226,2 milyon dollar;

əczaçılıq məhsulları – 214,8 milyon dollar;

geyim və geyim üçün ləvazimatlar – 167,2 milyon dollar;

oduncaq və ondan hazırlanan məmulatlar – 149,5 milyon dollar;

tütün və tütün məmulatları – 52 milyon dollar;

mebel və onun hissələri – 47,2 milyon dollar;

gübrələr – 44,7 milyon dollar;

qızıl – 14,9 milyon dollar.

Medianews.az

Bizə qoşulun