İyulun 7-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 73,71 dollara satılır.
Medianews.az bildirir ki, bu, dövlət büdcəsində nəzərdə tutulan qiymətdən 9 dollara yaxın yuxarı göstəricidir.
Azərbaycanın 2026-cı il büdcəsində bir barrel neft 65 dollardan götürülüb. “AzəriLayt” yanvara 65,71, fevrala 69,72, marta 79,60, aprelə 132,35, maya 122,26, iyuna 104,58, iyula 75,34 dollarla başlayıb.
İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.
2026-cı ilin ilk beş ayında ölkədə kondensatla birlikdə 11 milyon ton neft hasil olunduğu açıqlanıb.