Medianews.az
Həbib:
81 baxış

Həbib: "İspanlara qarşı şansları azdır"

MMA ulduzu, yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov DÇ-2026-nın 1/8 finalında Belçikanın ABŞ üzərindəki darmadağınlı qələbəsini (4:1) şərh edib.

Medianews.az xəbər verir ki, idmançı öz teleqram kanalında belçikalıların oyununu qeyri-stabil adlandırsa da, artıq 1/4 finala yüksəldiklərini vurğulayıb.

Nurməhəmmədov növbəti mərhələ barədə isə bunları yazıb: "İspanlara qarşı, əlbəttə ki, şansları azdır, amma mübarizəni də heç kim ləğv etməyib".

Qeyd edək ki, 1/4 finalda İspaniya-Belçika qarşılaşması iyulun 10-u baş tutacaq. 

Bizə qoşulun