Moskva meri Sergey Sobyanin şəhərə yaxınlaşan daha 3 pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirildiyini bildirib.
Medianews.az xəbər verir ki, günün əvvəlindən bəri bu növ pilotsuz təyyarələrin sayı 39-a çatıb.
Daha əvvəl verilən məlumata görə, bazar ertəsi axşam saatlarından çərşənbə axşamı səhər saat 06:00-a qədər Moskva regionu istiqamətində 430-dan çox pilotsuz təyyarə uçub və onların böyük hissəsi uzaq məsafələrdə məhv edilib./Bakıvaxtı.az