Medianews.az
Azərbaycan nefti büdcə qiymətini nə qədər qabaqlayır?
129 baxış

Azərbaycan nefti büdcə qiymətini nə qədər qabaqlayır?

İyunun 3-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 101,68 dollara satılır. Medianews.az bildirir ki, bu, dövlət büdcəsində nəzərdə tutulandan 37 dollara yaxın yuxarı qiymətdir.

Azərbaycanın 2026-cı il büdcəsində bir barrel neft 65 dollardan götürülüb. “AzəriLayt” yanvara 65,71, fevrala 69,72, marta 79,60, aprelə 132,35, maya 122,26, iyuna 104,58 dollarla başlayıb.

Neft fevralın 28-dən ABŞ və İsraillə İran arasında artan gərginlik dalğasında bahalaşıb.

İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.

Bizə qoşulun