Medianews.az
"Araz-Naxçıvan" ev oyunlarını
85 baxış

"Araz-Naxçıvan" ev oyunlarını harada keçirəcək?

"Azərbaycan Premyer Liqasının yeni mövsümünə hazırlaşan "Araz-Naxçıvan" klubu ev oyunlarını keçirəcəyi stadionla bağlı hələ yekun qərar verməyib".

Medianews.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Naxçıvan təmsilçisi hazırda bir neçə variantı nəzərdən keçirir və məsələ ilə bağlı PFL-ə rəsmi müraciət ünvanlamayıb:

"Araz-Naxçıvan" stadion seçimi ilə bağlı müəyyən çətinlik yaşayır. Hazırda müxtəlif variantlar üzərində işləyirlər. Bu məsələyə dair klubdan bizə hələlik rəsmi müraciət daxil olmayıb".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2026/27 mövsümünün ilk turunun oyunları avqustun 14-də keçiriləcək.

Bizə qoşulun