Medianews.az
“AtaSığorta”nın lisenziyası ləğv edildi
153 baxış

“AtaSığorta”nın lisenziyası ləğv edildi

“AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyəti üçün verilmiş lisenziya ləğv edilib.

Məlumat Medianews.az-a Mərkəzi Bankdan verilib.

Məlumatda lisenziyanın ləğvi üçün “AtaSığorta”nın özünün könüllü surətdə Mərkəzi Banka müraciət etdiyi bildirilir.

“AtaSığorta” ASC-yə sığorta fəaliyyəti ilə bağlı lisenziya 10 noyabr 2009-cu ildə verilmişdi.

Mərkəzi Bankın İdarə Heyəti lisenziyanın ləğvi haqda qərarı 17 aprel 2026-cı il tarixində qəbul edib.

Mərkəzi Bank bəyan edir ki, lisenziyanın ləğvi sığorta sektorunun maliyyə dayanıqlılığı və sabitliyinə heç bir təhdid yaratmır: “Ləğvetmə prosesi Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində Mərkəzi Bank tərəfindən nəzarətdə saxlanılacaq”.

Medianews.az

Bizə qoşulun