Argentina millisinin qapıçısı Emiliano Martines barmağındakı sınıq zədəsinin onu hələ də narahat etdiyini, lakin DÇ-2026-nın sonunadək xüsusi şina olmadan oynayacağını bəyan edib.
Medianews.az xəbər verir ki, ulduz qolkiper fədakarlıq etdiyini gizlətməyib:
"Əməliyyat olunmamaq qərarına gəldim. Çətin dövrdür, hələ də normal məşq edə bilmirəm. Amma növbəti matçda şinasız oynayacağam. Çünki o, çox narahatdır və əlcəyin boş qalmasına səbəb olur. Zədə məni hələ də narahat edir, amma meydanda bunu hiss etməməyə çalışıram".
Medianews.az