Medianews.az
Aralıq dənizində güclü
104 baxış

Aralıq dənizində güclü zəlzələ oldu

Aralıq dənizində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Medianews.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 14:06-da  baş verib. Zəlzələnin episentri Aralıq dənizində, Datça rayonundan təxminən 137,45 kilometr məsafədə yerləşib.

Məlumata görə, zəlzələnin ocağı 19,87 kilometr dərinlikdə olub. Hazırda dağıntı və ya xəsarətlərlə bağlı rəsmi məlumat açıqlanmayıb.

Medianews.az

Bizə qoşulun