Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti DÇ-2026-nın qrup mərhələsi başa çatdıqdan sonra turnirin əsas favoritinin adını çəkməkdə çətinlik çəkib.
Medianews.az xəbər verir ki, italiyalı mütəxəssis builki çempionatın tam fərqli keçdiyini qeyd edib:
"Bəzi komandalar qrupda digərlərindən daha yaxşı təsir bağışladı. Lakin mən hələ ki, kuboka əsas namizədi ayırd edə bilmirəm. Bu mundial son dərəcə yüksək rəqabət və komandaların bərabər gücü ilə fərqlənir".
Xatırladaq ki, Ançelottinin rəhbərlik etdiyi Braziliya millisi bu gün, iyunun 29-da, Bakı vaxtı ilə saat 21:00-da 1/16 final mərhələsi çərçivəsində Yaponiya ilə üz-üzə gələcək.
Medianews.az