Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Medianews.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qaravəlli kəndində qeydə alınıb.
Vəli Nüsrətli idarə etdiyi "Toyota Prius" markalı avtomobillə hərəkətdə olarkən kənd sakini, 1969-cu il təvəllüdü Lətif Nağıyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Məlumata görə, L.Nağıyev səhər saatlarında işə gedirmiş.
Faktla bağlı araşdırma aparılır.