Medianews.az
Ağcabədidə 10 minə yaxın abonent
47 baxış

Ağcabədidə 10 minə yaxın abonent qazsız qalacaq

Ağcabədi şəhərində aprelin 3-ü saat 10:00-dan 9 584 abonent qaz təchizatı daxildən dayandırılacaq.

Medianews.az xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, buna səbəb Ağcabədi qazpaylayıcı stansiyasında qidalanan daşıyıcı qaz kəməri üzərində qaz tənzimləyici şkafın quraşdırılması və Xəyal Həsən oğlu Həsənova məxsus obyektin qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsidir.

Qaz təchizatı təmir-quraşdırma işləri başa çatdıqdan sonra bərpa ediləcək.

Bizə qoşulun