Medianews.az
41 yaşlı siyasətçi baş nazir postuna gətirilir
192 baxış

41 yaşlı siyasətçi baş nazir postuna gətirilir

Litva prezidenti Gitanas Nauseda iyunun 23-də baş nazir İnqa Ruginenenin istefasını qəbul edib, bununla hökumət dəyişikliyi prosesi başlayıb.

Medianews.az xəbər verir ki, ölkə konstitusiyasına görə, baş naziri prezident parlamentin razılığı ilə təyin edir.

Hökumət 141 yerlik parlamentə seçkinin nəticələri əsasında formalaşır. 2024-cü ilin oktyabrında keçirilmiş parlament seçkisində qalib gələn Sosial Demokrat Partiyası Neman Şəfəqi Partiyası və Demokratların Litva Uğrunda İttifaqı ilə koalisiyaya girib, dekabrda Gintautas Palutskas baş nazir kürsüsünə oturub.

Adı korrupsiya qalmaqallarında hallandığına görə Gintautas Palutskas 2025-ci ilin iyulunda istefa verib, həmçinin Sosial Demokrat Partiyasının sədrliyindən gedib, hökumət dağılıb, sentyabrda İnqa Ruginenenin baş nazirliyi ilə yeni kabinet qurulub.

2026-cı il iyunun 6-da Neman Şəfəqi Partiyası koalisiyadan çıxarılıb və hökumətin bir daha yenilənməsi zərurəti yaranıb. İyunun 18-də Sosial Demokrat Partiyası, Demokratların Litva Uğrunda İttifaqı, Kəndlilər və Yaşıllar İttifaqı koalisiya sazışi imzalayıb. Baş nazir postuna Mindauqas Sinkyaviçyus gətirilir.

1984-cü il təvəllüdlü Mindauqas Sinkyaviçyus Sosial Demokrat Partiyasının sədridir. 2016-2017-ci illərdə iqtisadiyyat və innovasiyalar naziri olub.

Medianews.az

Bizə qoşulun