2026-cı ilin ilk rübündə Azərbaycanın idxalı 4 milyard 4,6 milyon dollar dəyərində rəsmiləşib.
Medianews.az bildirir ki, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri üzrə idxal 970,5 milyon dollar, nəqliyyat vasitələri və onların hissələri üzrə idxal 608,5 milyon dollar, yeyinti məhsulları üzrə idxal 665,5 milyon dollar göstərilib.
Dövlət Gömrük Komitəsi qalan əsas məhsulları idxal dəyərinə görə belə sıralayıb:
qara metallar və onlardan hazırlanan məmulatlar - 271,6 milyon dollar;
plastmas və ondan hazırlanan məmulatlar - 130,4 milyon dollar;
əczaçılıq məhsulları - 125,1 milyon dollar;
geyim və geyim üçün ləvazimatlar - 101,2 milyon dollar;
oduncaq və ondan hazırlanan məmulatlar - 77,7 milyon dollar;
tütün və tütün məmulatları - 30,4 milyon dollar;
gübrələr - 29,4 milyon dollar;
mebel və onun hissələri - 26,4 milyon dollar.