04.08.2025, 11:58
219 baxış
Nailə
Alimlər açıqladı: Toyuqmu, dana ətimi sindirim üçün DAHA YAXŞIDIR?
Uzun illərdir ki, toyuq əti ilə qırmızı ətin sindirim üçün daha faydalı olub-olmaması müzakirə edilirdi. Yeni bir araşdırma isə bu mübahisəyə son qoyacaq kimi görünür.
Medianews.az xarici mediaya istinadən bildiri ki, ispan alimləri, toyuq və dana əti pəhrizlərinin bağırsak mikrobiyomu üzərindəki təsirini araşdırıb.
Araşdırmanın nəticələrinə görə, toyuq əsaslı pəhriz, mikrobial müxtəliflikdə əhəmiyyətli azalmaya səbəb olub və bu da bağırsaq sağlamlığını pisləşdirib. Toyuq pəhrizini tətbiq edən şəxslərdə bağırsaqda, bağırsaq xərçəngi ilə əlaqələndirilən zərərli bakteriyaların sayı artıb.
Buna qarşılıq, dana əti pəhrizi bağırsaqdakı mukus bariyerini qoruyub, iltihabları və xəstəlikləri əngəlləyən faydalı bakteriyaların artmasına səbəb olub. Araşdırma həmçinin, toyuq əti pəhrizinin qanda şəkər səviyyəsini pisləşdirdiyini və bağışıklıq funksiyası üçün lazım olan amin turşularının istehsalını azaldığını göstərib.
Molekulyar Qida və Araşdırma Jurnalında dərc edilən bu tədqiqat, yağsız dana ətinin düzgün pəhrizdə yer almasının bağırsak mikrobiyomunu və digər sağlamlıq göstəricilərini müsbət yöndə təsir edə biləcəyini göstərir.
Əvvəlki tədqiqatlar, müntəzəm toyuq istehlakının müxtəlif xərçəng növləri riskini artırdığını irəli sürmüşdü. Ancaq qırmızı və işləndirilmiş ətlərin də bağırsaq xərçəngi riskini artırdığı məlumdur.
NHS (Milli Sağlamlıq Xidməti), sağlam və balanslı pəhrizin bir hissəsi olaraq ət istehlakını tövsiyə edir.
Medianews.az