
14.07.2025, 09:50
287 baxış
Lamiyə
Mahir Emrelini zədələdi,dava düşdü - VİDEO
Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi Almaniyanın “Kayzerslautern” klubu yoldaşlıq görüşündə İngiltərə təmsilçisi “Notts Kaunti” ilə üz-üzə gəlib.
“Qafqazinfo” xəbər verir ki, qarşılaşma qalmaqalla yadda qalıb.
Belə ki, ingilislərin futbolçusu Barri Kotter Mahir Emreliyə arxadan zərbə endirib.
Nəticədə ara qarışıb. Futbolçular bir-birinin üzərinə hücum çəkib. Hakimin müdaxiləsindən sonra isə ara sakitləşib.
Barri Kotter qırmızı vərəqə görərək meydandan qovulub.
Qeyd edək ki, matç “Kayzerslautern”in 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Mahir Emreli görüşdə 1 qol vurub. O, 10-cu dəqiqədə komandasının üçüncü qoluna imza atıb.

Paylaş: