Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qafqazinfo xəbər verir ki, hadisə magistralın Şabran rayonundan keçən hissəsində olub.
Qəzada paytaxt sakini Tural Əliyev həyatını itirib, daha bir nəfər xəsarət alıb.
Qeyd edək ki, qəzada həlak olan T.Əliyev iqtisad elmləri doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Ümüdvar Əliyevin oğludur. Tural Əliyev həm də Dünya Azərbaycanlıları Konqresinin Avropa ölkələri üzrə koordinatoru Əli Hacı Ağaevlinin kürəkəni imiş.
04.07.2025, 07:27
214 baxış
Lamiyə
Professorun oğlu faciəli şəkildə öldü - FOTO
Paylaş:
