18.05.2025, 18:34
118 baxış
Nailə
Mahir Emreli het-trik etdi, komandası qələbə qazandı
Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Almaniyanın "Nürnberq" klubunda het-trikə imza atıb.
Medianews.az xəbər verir ki, 28 yaşlı hücumçu II Bundesliqanın 34-cü turunda "Ayntaxt Braunşveyq" ilə səfər matçında 3 qol vurub.
Emreli 10-cu, 20-ci və 45+1-ci dəqiqələrdə fərqlənib. Futbolçu ikinci qoldan sonra sarı vərəqə alıb və ikinci hissənin sonlarında əvəzlənib.
Görüş "Nürnberq"in 1:4 hesablı qələbəsilə yekunlaşıb.
Həmyerlimizin çıxış etdiyi klub çempionatı 48 xalla 10-cu yerdə bitirib.