20.04.2025, 10:07
112 baxış
Nailə
Şamaxıda "Niva" ağaca çırpılıb: ölən var
Şamaxı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, aprelin 19-da saat 22 radələrində Şamaxı rayonunun Çarhan kəndi ərazisində "Niva" markalı avtomobilin sürücüsü 1989-cu il təvəllüdlü Orxan İsayevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb.
Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.