Medianews.az
İş adamı helikopter qəzasında öldü - FOTO
227 baxış

İş adamı helikopter qəzasında öldü - FOTO

İtaliyanın şimalındakı Parma şəhəri yaxınlığında helikopter qəzaya uğrayıb. Medianews.az qafqazinfo-ya istinadən xəbər verir ki, qəza nəticəsində 3 nəfər ölüb. Ölənlər helikopterdəki iki pilot və sənaye şirniyyat məhsulları sektorunun öndə gedən adlarından olan iş adamı Lorenzo Rovaqnatidir. Bildirilib ki, Rovaqnati adətən çərşənbə günləri Milandan Kastel - Qvelfodakı malikanəsinə helikopterlə gedirmiş. İlkin məlumata görə, qəzaya sıx dumana görə görmə qabiliyyətinin azalması və ya quyruq pərvanəsindəki mexaniki nasazlıq səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun