Medianews.az
"Qara qutu" ilə bağlı <span style=color:red>SON MƏLUMAT
285 baxış

"Qara qutu" ilə bağlı SON MƏLUMAT

Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin "qara qutu"ları Braziliyadan Qazaxıstana gətirilib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "RIA Novosti" məlumat verib. Məlumata görə, qutular faciənin səbəbləri ilə bağlı yekun rəy verilməsi üçün komissiyaya təhvil verilib. Xatırladaq ki, AZAL-ın Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiya hava məkanından fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb. Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 29-da AzTV-yə müsahibəsində bildirib ki, Azərbaycan insident ilə bağlı üç şərt irəli sürüb: Rusiya tərəfi üzr istəməli, günahını etiraf etməli, həmçinin bütün təqsirkarları məsuliyyətə cəlb etməli və Azərbaycana, zərərçəkənlərə, ölən sərnişinlərə və ekipaj üzvlərinə təzminat ödəməlidir.

Bizə qoşulun