24.12.2024, 12:53
127 baxış
Lamiyə
Rusiyada 3 nəfər məktəblini qaçırıb əvəzinə pul istədi
Rusiyada Sankt-Peterburqda üç gənc 9-cu sinif şagirdini qaçıraraq onun üçün qəyyumundan pul tələb ediblər.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, polisə olanlarla bağlı məlumatı qaçırılan məktəblinin sevgilisi verib.
Onun sözlərinə görə, oğlanı naməlum gənclər maşına mindiriblər. Hadisədən sonra qaçırılan şəxs qəyyumu ilə əlaqə saxlayıb və qaçıranlar adından 45 min rubl fidyə tələb edib.
Pulun köçürüldüyü yerə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törədənləri saxlayıblar. Onlardan ikisi əvvəllər məhkum olunub.
Faktlarla bağlı cinayət işləri başlanıb.
Paylaş: