Fransa prezidenti Makron Elysee sarayında iqlim dəyişikliyi və Ukrayna-Rusiya müharibəsinin nəticələri ilə bağlı bəyanatlar verib.
Bu barədə Medianews.az “Trt Haber”ə istinadən xəbər verir.
Makron bu yay quraqlıq səviyyəsinin rekord həddə çatdığını bildirib. Fransa prezidenti “ehtiyatsızlıq və bolluq dövrü”nün başa çatdığını qeyd edib. O bildirib ki, hökumət buna qarşı tədbirlər görməlidir: “Biz bolluğun sonunu yaşayırıq”.
Son illərin qlobal hadisələri və ona qarşı görüləcək tədbirlər barədə Makron deyib:
“Biz ucuz və heç vaxt bitməyəcəyini düşündüyümüz məhsul, texnoloji bolluq, torpaq, xammal, su ehtiyatlarının tükəndiyini görürük”.
Makron Fransa və Avropa üçün yeni dövrün başladığını vurğulayıb və hökuməti ayıq-sayıq olmağa və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb. Səbəb isə hazırki vəziyyətin xalq arasında narahatlıq yaradacağıdır. Fransa Prezidenti iddia edir ki, qeyri-liberal rejimlər artır və avtoritar rejimlər güclənir.
Aysel Şirinova
Medianews.az