Rusiya-Ukrayna müharibəsi davam etdiyi vaxtda, Norveç hökuməti Ukraynaya yeni hərbi yardım qərarının alındığını açıqlayıb.
Medianews.az xəbər verir ki, Norveç Müdafiə Nazirliyindən verilən açıqlamada, ehtiyat hissələri və hərbi sursat daxil olmaqla 22 özüyeriyən haubitsanın Ukraynaya göndərildiyi bildirilir
Qeyd edək ki, Norveç ötən ilin aprelində Ukraynaya Fransa istehsalı olan 100-ə yaxın Mistral Hava Hücumundan Müdafiə raketi göndərdiyini açıqlamışdı.
Leyla, Medianews.az