Fransada tibb işçiləri maaşlarının qeyri-kafi olduğu səbəbi ilə paytaxt Paris küçələrinə çıxıb və hökumətin səhiyyə siyasətinə etiraz ediblər.
Medianews.az xəbər verir ki, Fransada bir çox tibb işçisi maaşların artırılmasını tələb edərək istefa verdikdən sonra ölkə daxilində 120-dən çox təcili yardım xidməti fasilələrlə üzləşir.
Hökumətin xəstəxanalar üçün kifayət qədər büdcə ayırmaması, yeni kadrların işə götürülməməsi səbəbindən xəstəxanalarda böyük fasilələrin yaşandığına diqqət çəkən nümayişçilər xalqı xəstələnməməyə çağırıb və xəstəxanalarda tibb bacısı tapa bilməyəcəklərini bildiriblər.
Leyla, Medianews.az