Medianews.az
15 il hər gün 1 yumurta yesəniz
122 baxış

15 il hər gün 1 yumurta yesəniz nə olar?

Yeni uzunmüddətli araşdırmanın nəticələrinə görə, 15 il ərzində hər gün bir ədəd yumurta yemək sağlamlıq üçün bir sıra mühüm faydalar yarada bilər.

Medianews.az xəbər verir ki, yumurta yüksək protein, vitamin və antioksidant tərkibi ilə orqanizmin qidalanmasında vacib rol oynayır.

Tədqiqatlar göstərir ki, onun müntəzəm istifadəsi ürək-damar sağlamlığını dəstəkləyir, “yaxşı xolesterin” (HDL) səviyyəsini tarazlayır və damar tıxanması riskini azalda bilər. Eyni zamanda ürək tutması və insult ehtimalının da daha aşağı olduğu bildirilir.

Araşdırmaya əsasən, yumurtada olan A, B12, D, E vitaminləri, omeqa-3, həmçinin lutein və zeaksantin göz sağlamlığı üçün faydalıdır. Uzunmüddətli istifadə katarakta və sarı ləkə (makula) xəstəliyi riskini azalda bilər.

Bundan əlavə, yumurtadakı kolin maddəsi beyin hüceyrələrinin qorunmasına kömək edir, idrak geriləməsini ləngidir və insult riskini azalda bilər. Tərkibindəki sink və kükürd isə əzələ gücünü artırır, saç və dırnaq sağlamlığını dəstəkləyir.

Medianews.az

Bizə qoşulun