Medianews.az
Zlatko Daliç Portuqaliyanı
89 baxış

Zlatko Daliç Portuqaliyanı təriflədi

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç 2026-cı il dünya çempionatının 1/8 finalında Portuqaliya ilə keçirəcəkləri oyun öncəsi rəqibi dəyərləndirib.

Medianews.az xəbər verir ki, o, Portuqaliya yığmasının dünyanın ən güclü komandalarından biri olduğunu bildirib:

"Rəqibimiz dünyanın ən yaxşı millilərindən biridir. Onların əla baş məşqçisi var (Roberto Martines - red.) və fantastik iş görür. Bunu Belçika yığması ilə sübut etmişdi, indi isə Portuqaliya millisi ilə göstərir. Komandada istənilən anda qol vura bilən Kriştiano Ronaldo var. Portuqaliyanın əsas üstünlüyü texniki ustalığı və topa nəzarətidir. Bu komponentdə həqiqətən çox güclüdürlər. Çoxlu qol epizodu yaratmağa və daim üstünlüyə sahib olmağa çalışırlar".

Qeyd edək ki, DÇ-2026-nın 1/8 final mərhələsinin Portuqaliya - Xorvatiya oyunu iyulun 3-də keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 04:00-da başlayacaq./Qol.az

Bizə qoşulun