Medianews.az
FUTBOL: Növbəti dünya çempionatı
212 baxış

FUTBOL: Növbəti dünya çempionatı GƏLƏN İL OLACAQ

2027-ci ildə Braziliyada qadınlar arasında dünya futbol çempionatı keçiriləcək.

Medianews.az xəbər verir ki, qadınlar arasında dünya çempionatı 1991-ci ildən hər dörd ildən bir təşkil olunur.

Son mundial 2023-cü ildə Avstraliya və Yeni Zelandiyada keçirilib. Turnirin qalibi finalda İngiltərəni məğlub edən İspaniya millisi olub. Bu, ispanların qadınlar arasında ilk dünya çempionluğudur.

2026-cı ildə kişilər arasında keçirilən dünya çempionatını da İspaniya millisi qazanıb.

Beləliklə, hazırda İspaniya həm kişilərdən, həm də qadınlardan ibarət yığmaları ilə dünya çempionudur.

Kişilərdən ibarət yığma dünya çempionluğunu rəsmiləşdirəndən sonra komandanın aparıcı futbolçularından Rodri televiziyaya müsahibəsində qadın millisinin liderlərindən Aitana Bonmati haqqında yüksək fikirlər səsləndirib: "Düşünürəm, görəsən, nə vaxtsa onun səviyyəsinə çata biləcəyəmmi?"

Dünyanın ən güclü yarımmüdafiəçilərindən olan Rodrinin bu sözləri Aitana Bonmatinin oyununa verilən ən yüksək qiymətlərdən biri sayılır.

Aitana Bonmati İspaniya millisinin 2023-cü ildəki çempionluğunda əsas rollardan birini oynayıb və həmin il dünyanın ən yaxşı qadın futbolçusuna verilən "Qızıl top" (Ballon d'Or) mükafatını qazanıb.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun