23 iyul axşamı “İnter Mayami” MLS-in müntəzəm mövsüm matçında “Çikaqo Fayr”la qarşılaşıb.
Ooyun Mayamidə keçirilib və “İnter Mayami”nin 3-2 hesablı qələbəsi başa çatıb.
“İnter Mayami”nin heyətində Luis Suares dubl edib. Bu matç Robert Levandovskinin “Çikaqo Fayr”da debütü ilə yadda qalıb.
Polşalı hücumçu 62 dəqiqə meydanda olub və qol vura bilməyib.
“İnter Mayami” MLS Şərq Konfransının turnir cədvəlində 34 xalla ikinci, “Çikaqo Fayr” isə 26 xalla üçüncü yerdədir./publika.az