Medianews.az
Zəlzələ qurbanlarının sayı artır
114 baxış

Zəlzələ qurbanlarının sayı artır

Venesuelada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 589-a çatıb.

Bu barədə cümə günü prezident vəzifəsini icra edən Delsi Rodrigez bildirib. Onun sözlərinə görə, 2980 nəfər yaralanıb.

Axtarış-xilasetmə işləri davam etdiyindən, ölənlərin sayının xeyli artacağı istisna edilmir.

Rodrigez Venesuelanın dövlət televiziyası VTV-yə verdiyi açıqlamada beynəlxalq yardım və təcili yardım qruplarının gəlişini alqışlayıb.

VTV, həmçinin axtarış-xilasetmə qruplarının səylərini zəlzələdən ən çox təsirlənən La Quayra əyalətinə yönəltdiyini bildirib. Hökumət Karakasda ehtiyacı olanlar üçün ərzaq, su və dərman ehtiyatı mərkəzi yaratdığını açıqlayıb./AZƏRTAC

Bizə qoşulun