Medianews.az
Oman sahillərində tankerə
104 baxış

Oman sahillərində tankerə zərbə endirildi

Omanın Xəsəb şəhərindən 19 km şərqdə hərəkətdə olan tanker naməlum mərmi ilə vurulub.

Medianews.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Əməliyyatları Mərkəzinin (UKMTO) məlumat yayıb.

Bildirilib ki, heyətin bütün üzvləri sağdır və xəsarət alan yoxdur. Ətraf mühitə zərər barədə də məlumat daxil olmayıb.

Hazırda gəmi hərəkətini davam etdirir./Axar.az

Bizə qoşulun