Medianews.az
Vüsalə “İncə səhər” proqramından
132 baxış

Vüsalə “İncə səhər” proqramından ayrıldı

Aparıcı Vüsalə Əlizadə "İncə səhər" verilişindən gedir.

Medianews.az xəbər verir ki, aparıcı bu barədə proqramın mövsüm finalında deyib. O bildirib ki, artıq səhər efirində görünmək istəmir:

"Növbəti mövsüm səhər efirində olmayacağam. Dəfələrlə demişəm, səhhətimlə bağlı səhər durub işə gəlmək mənim üçün çətindir. Ana olan bir xanım üçün isə bu, ikiqat çətindir. Rəhbərliklə ətraflı müzakirə edəcəyik. Xəzər TV-nin Vüsaləsiyəm, heç yerə getmirəm. Sadəcə, başqa layihədə olacağam. Qərarım qətidir".

Bizə qoşulun