Medianews.az
Uqandada avtobus aşıb,
98 baxış

Uqandada avtobus aşıb, 20 məktəbli ölüb

Uqandanın şərqində məktəb avtobusunun qəzaya uğraması nəticəsində 20 məktəbli ölüb.

Medianews.az xəbər verir ki, qəza məktəblilər ekskursiyadan paytaxt Kampala şəhərinə qayıdarkən baş verib.

İlkin məlumata əsasən, sürücü idarəetməni itirib. Nəticədə avtobus yoldan çıxaraq yol kənarındakı böyük qayaya çırpılıb və aşıb.

Uqanda polisinin nümayəndəsi bildirib ki, indiyədək 21 nəfərin ölümü təsdiqlənib.

"Hazırda 21 nəfərin öldüyü təsdiqlənib. Onlardan 20-si məktəbli, biri isə böyük şəxsdir", – polis nümayəndəsi bildirib.//APA 

Bizə qoşulun