Medianews.az
Yuxusuzluğa qarşı gül -
168 baxış

Yuxusuzluğa qarşı gül - Yataq otağında olmalıdı

Biokimyaçı Albert Hamena yuxusuzluqdan əziyyət çəkən insanlara yataq otaqlarını lavanda çiçəyi ilə bəzəməyi tövsiyə edib.

Medianews.az xəbər verir ki, onun sözlərinə görə, lavandanın ətri stress zamanı aktivləşən simpatik sinir sistemini sakitləşdirməyə kömək edir.

Bu isə ürək döyüntüsünün sürətlənməsi, qan təzyiqinin yüksəlməsi və gərginliyin azalmasına şərait yaradır, nəticədə orqanizm yuxu üçün daha əlverişli vəziyyətə keçir.

Hamena bildirib ki, elmi araşdırmalar lavandanın aromatik maddələrinin nəfəs yolu ilə qəbulunun qanda stress hormonu olan kortizolun səviyyəsini və narahatlıq hissini azaltdığını göstərib.

Mütəxəssisin fikrincə, qoxu hissi insanın əhvalına, ağrı hissinin qəbuluna və yuxunun keyfiyyətinə təsir göstərə bilər. Buna görə də lavanda daha rahat və keyfiyyətli yuxuya kömək edən təbii vasitələrdən biri hesab olunur.

Medianews.az

Bizə qoşulun