ABŞ-nin Kolumbiya Universitetinin alimi Cünhao Ven bildirib ki, yuxunun az və ya həddindən artıq olması orqanizmdə qocalmanı sürətləndirə bilər.
Medianews.az xəbər verir ki, tədqiqat zamanı yarım milyona yaxın insanın məlumatları analiz edilib.
Nəticələrə görə, gündə 6,4–7,8 saat yatan insanların sağlamlıq göstəriciləri daha yaxşı olub və onlar daha gec qocalıblar.
Bu müddətdən az və ya çox yatan şəxslərdə isə depressiya, şəkərli diabet, yüksək təzyiq, ürək-damar, ağciyər və həzm sistemi xəstəlikləri daha çox müşahidə olunub.
Alim vurğulayıb ki, yuxu immun sisteminin və orqanların sağlam fəaliyyəti üçün böyük əhəmiyyət daşıyır.
Medianews.az