Medianews.az
Yeniyetmələrə qarşı istismar ittihamı:
131 baxış

Yeniyetmələrə qarşı istismar ittihamı: Məhkəmə mayda başlayacaq

ABŞ-nin Florida ştatında Alyssa Ann Zinger adlı şəxs azyaşlı oğlanlara qarşı cinsi istismar ittihamı ilə mühakimə olunacaq.

Medianews.az xəbər verir ki, istintaq materiallarına görə, Zinger özünü onlayn platformalarda “evdə təhsil alan 14 yaşlı şagird” kimi təqdim edərək 12-15 yaş aralığında olan oğlanlarla əlaqə yaradıb.

 O, 2023-cü ilin noyabrında Tampa polisi tərəfindən saxlanılıb.

İş üzrə araşdırma davam etdikcə yeni şikayətlər daxil olub. 2024-cü ilin aprelində daha dörd zərərçəkənlə bağlı iddianın işə əlavə edildiyi və istintaqın genişləndirildiyi bildirilib. Məlumata görə, ittihamlar əsasən “Snapchat” platforması üzərindən qurulan əlaqə və paylaşılan məzmun əsasında irəli sürülüb.

2026-cı ilin yanvarında mediaya açıqlama verən atası Josh Zinger qızının uzun müddətdir psixoloji və inkişaf problemləri yaşadığını iddia edərək, onun vəziyyətinin istintaqda yetərincə nəzərə alınmadığını bildirib.

Məhkəmə prosesinin 26 may 2026-cı ildə başlaması planlaşdırılır. İttihamların hüquqi qiyməti hələ məhkəmə qərarı ilə təsdiqlənməyib.

Medianews.az

Bizə qoşulun