Medianews.az
Yeni həyata başlamaq üçün
91 baxış

Yeni həyata başlamaq üçün ev yandırdı  

Rusiyada 40 yaşlı kişi başqasına məxsus evi yandırdığına görə saxlanılıb.

Medianews.az xəbər verir ki, hadisə Xabarovsk vilayətinin Vanino qəsəbəsində baş verib.

İşsiz kişi içki içib və yeni bir həyata başlamaq istəyib. O, yerinə yenisini tikmək üçün taxta evi yandırmaq qərarına gəlib.

Sonradan məlum olub ki, ev ona deyil, rayon mərkəzi administrasiyasına məxsusdur.

Hadisə ilə bağlı “Qəsdən özgə əmlakını məhv etmə və ya zədələmə” üzrə iş açılıb. Şəxsi beş ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Medianews.az

Bizə qoşulun