Medianews.az
Sevgidə kimlər daha uğurlu olur? — Tarixlər açıqlandı
129 baxış

Sevgidə kimlər daha uğurlu olur? — Tarixlər açıqlandı

Numerologiyaya görə, ayın müəyyən günlərində doğulan insanların romantik münasibətlərdə və evlilikdə daha uğurlu olduqları iddia edilir. 

Demokrat.az xəbər verir ki, bu yanaşma elmi əsaslara söykənmir və daha çox ənənəvi inancların bir hissəsi hesab olunur.

Numeroloqların fikrincə, aşağıdakı doğum tarixləri sevgi və münasibətlərdə daha uğurlu hesab olunur.

Ayın 2, 11, 20 və 29-da doğulanlar

Numerologiyada bu tarixlərdə doğulanların doğum rəqəmi 2 hesab edilir. Onların qayğıkeş, həssas və emosional olduqları, tərəfdaşları ilə dərin emosional bağ qurmağa və münasibətlərdə harmoniyaya can atdıqları bildirilir.

Ayın 6, 15 və 24-də doğulanlar

Numeroloqların fikrincə, 6 rəqəmi sevgi, gözəllik və ailə dəyərləri ilə əlaqələndirilir. Bu tarixlərdə doğulan insanların sadiq olduqları, sabit münasibətlərə üstünlük verdikləri və uzunmüddətli münasibətlər üçün uyğun tərəfdaş sayıldıqları qeyd olunur.

Ayın 3, 12, 21 və 30-da doğulanlar

Doğum rəqəmi 3 olan insanlar nikbin, ünsiyyətcil və açıqürəkli kimi xarakterizə edilirlər. Bildirilir ki, onlar insanlarla asan ünsiyyət qurur və çətin anlarda tərəfdaşlarına dəstək göstərməyə meylli olurlar.

Ayın 1, 10, 19 və 28-də doğulanlar

Numeroloqlar hesab edirlər ki, bu tarixlərdə doğulan insanlar özünəinamlı və qətiyyətli olurlar. Onların münasibətlərdə məsuliyyət götürməyə, seçdikləri tərəfdaşa sadiq qalmağa və möhkəm ailə qurmağa çalışdıqları bildirilir.

Ayın 9, 18 və 27-də doğulanlar

Numerologiyada 9 rəqəmi ehtiras, cəsarət və fədakarlıqla əlaqələndirilir. Bu tarixlərdə doğulan insanların səmimi hisslər bəslədikləri, yaxınları naminə fədakarlıq etməyə hazır olduqları və bu səbəbdən sevgidə daha uğurlu olduqlarının iddia edildiyi qeyd olunur.

Bizə qoşulun