Medianews.az
Rəhmanın dostu da dənizdə boğulubmuş
141 baxış

Rəhmanın dostu da dənizdə boğulubmuş - VIDEO

Bakının Bilgəh qəsəbəsində iki nəfər dənizdə batıb.

Medianews.az xəbər verir ki, əraziyə çimməyə gələn dörd dostdan ikisi dənizdə boğulub.

FHN əməkdaşı Fərid İlhamoğlu bildirib ki, batan gənclərdən birinin meyiti digər iki dostu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib:

“Mövcud ərazidə iki nəfər batıb, bir nəfərin cansız bədəni dostları tərəfindən çıxarılaraq təhvil verilib. Batdığı ehtimal edilən 2003-cü il təvəllüdlü Rəhman Əmirovun axtarışları isə davam edir”.

Rəhman Əmirovun qohumu Nihad Hüseynli hadisə barədə jurnalistlərə açıqlama verib:

“Qəfil su qalxıb, güclü dalğa yaranıb və ikisi batmağa başlayıb. Birini sudan çıxaranda artıq dünyasını dəyişmişdi. Rəhman isə axına düşərək uzaqlaşıb, onu tapmaq mümkün olmayıb. Rəhman hərbi xidmətdən yeni qayıtmışdı”.\\qafqazinfo

Daha ətraflı “Baku TV”nin süjetində:

Bizə qoşulun