Medianews.az
    Yarım ildə 1,4 milyon manatlıq əmlaka həbs qoyuldu
126 baxış

Yarım ildə 1,4 milyon manatlıq əmlaka həbs qoyuldu

Bu ilin birinci yarımilində ibtidai istintaqı başa çatdırılmış və maddi ziyanla əlaqədar olan cinayət işləri üzrə özgə əmlakına vurulmuş 3 milyon 836 min 191 manat ziyanın ödənilməsi təmin olunub.

Medianews.az xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsində bildirilib.

Bundan başqa, vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə 4 cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus ümumilikdə 1 milyon 412 min 345 manat dəyərində əmlak üzərinə həbs qoyulub.

Bizə qoşulun