Xankəndi şəhərində güclü yanğın baş verib.
Hadisə şəhər ərazisində yerləşən, əvvəllər taxta emalı müəssisəsi kimi fəaliyyət göstərən binada qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Faktla bağlı araşdırma başlanılıb.
Yanğının başvermə səbəbləri araşdırılır.