Medianews.az
Yaz aylarında gücün bərpası üçün
95 baxış

Yaz aylarında gücün bərpası üçün 5 QAYDA

Rusiyalı həkim Mariya Konovalova yaz dövründə tez-tez rast gəlinən halsızlıqla mübarizə üçün bir sıra tövsiyələr verib.

Medianews.az xarici mediaya istinadən sözügedən tövsiyələri təqdim edir:

Mənfi fikirlərdən azad olun – onlar qaraciyər və öd kisəsinə zərər verir. Özünüzü sevinc və xoşbəxtlik bəxş edən insanlarla əhatə edin.

Qaraciyər və öd zonasını aktivləşdirin – gicgahları masaj edin, ayaqların xarici səthini yeməkdən əvvəl yüngülcə döyün.

Daha çox hərəkət edin – yerimək, rəqs etmək, əlləri işlətmək faydalıdır. Ev işləri (əl ilə yuma, döşəmə silmək, odun yarmaq) də müalicəvi təsir göstərir.

Yuxu rejimi – saat 22:30-dan gec yatmayın. Bu, qaraciyər-öd ritminə uyğun gəlir və stress hormonunun azalmasına kömək edir.

Smexoterapiya və sevgi – gündə ən azı 17 dəfə ürəkdən gülmək hormon sağlamlığı üçün vacibdir.

Medianews.az

Bizə qoşulun