Medianews.az
Yatmazdan əvvəl bunu yeyin,
85 baxış

Yatmazdan əvvəl bunu yeyin, kökəlməyin

Mütəxəssislər bildirirlər ki, yatmazdan 30–60 dəqiqə əvvəl az miqdarda kəsmik yemək uzun müddət toxluq hissi yarada, əzələlərin bərpasını dəstəkləyə və maddələr mübadiləsinə müsbət təsir göstərə bilər.

Medianews.az xəbər verir ki, araşdırmaya görə, kəsmiyin tərkibindəki kazein adlı zülal yavaş həzm olunduğu üçün orqanizmi saatlarla amin turşuları ilə təmin edir.

Bu isə gecə ərzində əzələ zülalının sintezinə və bərpa prosesinə kömək edir.

Alimlər qeyd edirlər ki, yatmazdan əvvəl 2 xörək qaşığı kəsmik qəbul etmək bədəndə yağlanmanı artırmır. Bundan əlavə, yüksək zülallı qidalar toxluq hissini uzadır, gecə qəlyanaltı istəyini azaldır və arıqlama zamanı əzələ kütləsinin qorunmasına dəstək verir.

Bununla belə, mütəxəssislər vurğulayırlar ki, kəsmik təkbaşına arıqlatmır. Çəkiyə nəzarət üçün balanslı qidalanma və fiziki aktivlik əsas şərtlər olaraq qalır.

Medianews.az

Bizə qoşulun