Endokrinoloq və diyetoloq Anton Polyakov bildirib ki, qaragilə tərkibindəki güclü antioksidantlar sayəsində yaşlanma prosesini ləngitməyə kömək edir.
Medianews.az xəbər verir ki, ütəxəssisin sözlərinə görə, qaragilədə olan elementlər orqanizmdə iltihabı azaldır və ürək-damar xəstəliklərinin yaranma riskini aşağı salaraq qan damarlarını möhkəmləndirir.
Polyakov əlavə edib ki, bu giləmeyvə K vitamini ilə zəngindir. Həmin vitamin qanın laxtalanması və sümük sağlamlığı üçün vacibdir. Bundan başqa, göyəmeyvə A vitamini və gözləri yaşa bağlı dəyişikliklərdən qoruyan lutein antioksidantını da ehtiva edir.
Medianews.az