Medianews.az
Yaponiyada 6,0 maqnitudalı
86 baxış

Yaponiyada 6,0 maqnitudalı zəlzələ baş verdi

Yaponiyanın Honşu adası yaxınlığında 6,0 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri təxminən 239 min nəfər əhalisi olan Aomori prefekturasının Haçinohe şəhərindən 70 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 59 kilometr dərinlikdə müəyyən edilib.

Hazırda sunami təhlükəsi elan olunmayıb və təbii fəlakət nəticəsində dağıntı və ya tələfat barədə rəsmi məlumat açıqlanmayıb.

Bizə qoşulun