Türkiyəli aktrisa Buçe Buse Kahraman iş adamı Kaan Akyıldızdan evlilik təklifi aldığını açıqlayıb.
Medianews.az xəbər verir ki, bu barədə aktrisa öz sosial media hesabında paylaşım edib.
"Yalı Çapkını" serialı ilə tanınan 30 yaşlı aktrisa uzun müddətdir münasibətdə olduğu Kaan Akyıldızın romantik evlilik təklifini qəbul edib.
Buçe Buse Kahraman xoş xəbəri izləyiciləri ilə bölüşərək paylaşımına "Artıq ən sevdiyim nağıl “Kiçik su pərisi” deyil” qeydini əlavə edib.
Beləliklə, cütlük evlilik yolunda ilk addımını atıb.

