Medianews.az
"Yalçın Rzazadə ölümündən 2 ay əvvəl məndən HALALLIQ İSTƏDİ"
79 baxış

"Yalçın Rzazadə ölümündən 2 ay əvvəl məndən HALALLIQ İSTƏDİ"

Müğənni İntiqam Kərimov qatıldığı "Oz aramızda" verilişində diqqətçəkən açıqlamaları ilə gündəmə gəlib.

Sənətçi illərdir qarşılaşdığı haqsızlıqlardan danışaraq istedadlı insanların daha çox maneələrlə üzləşdiyini bildirib:

"İnsanın ən böyük düşməni onun savadı və istedadıdır. Belə insanların düşməni çox olur. Köməyin varsa rahat addımlayırsan, yoxdursa sənin irəli getməyinə mane olurlar. Başıma o qədər hadisələr gəlib..."

Kərimov qeyd edib ki, 1985-ci ildə ilk dəfə Heydər Əliyev Sarayı səhnəsində çıxış edib. O, mövzu ilə bağlı mərhum sənətçi Yalçın Rzazadə dediklərini açıqlayıb:

"Yalçın Rzazadə vəfatından iki ay əvvəl məni çağırıb dedi ki, halallığını ver. O vaxt deyirdilər ki, İntiqamı səhnəyə buraxmayın, digərlərindən çox seçilir. Sən vurdular, mən isə susdum. Bu sözləri Yasamal parkında söhbətimizdə dedi".

Müğənni həmin konsertdə fərqli obrazda səhnəyə çıxdığını da vurğulayıb:

"Saçlarım uzun idi, cins şalvar, kovboy ayaqqabısı geyinmişdim. Rok qrupunda rus dilində mahnı oxuyurdum".

İfaçı fəxri ad ala bilməməsindən də gileylənib. O bildirib ki, təqdimatları dəfələrlə geri qaytarılıb:

"Bir adamın beş dəfə təqdimatı gedib fəxri ad almağa, amma kənara qoyublar. Sovet dövründə 4 beynəlxalq müsabiqənin qalibi olmuşam. SSRİ-nin mədəniyyət nazirinin imzası ilə diplomum var. Sonra deyirlər ki, danışır. Bu, paxıllıq deyil, haqsızlıqlara reaksiyadır. Düşünürəm ki, mənim təqdimatım heç nazirin qarşısına çıxmayıb."/milli.az/

Bizə qoşulun