Medianews.az
Rusiya komandaları geri dönəcəkmi? -
95 baxış

Rusiya komandaları geri dönəcəkmi? - FIFA və UEFA-nın planları açıqlandı

Yaxın gələcəkdə Rusiya klublarının və milli komandalarının Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) və Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) bayraqları altında keçirilən turnirlərdə iştirakına icazə verilməsi planlaşdırılmır.

Bir müddət əvvəl TASS agentliyi Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsinin Rusiya Olimpiya Komitəsinin təşkilata üzvlüyünü bərpa etdiyi və rusiyalı idmançılara qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılmasını tövsiyə etdiyi barədə xəbər vermişdi.

Jurnalist Rob Harris isə "X" sosial şəbəkəsindəki səhifəsində FIFA-nın BOK-un bu tövsiyələrinə baxacaqlarını bildirmişdi.

Məlum olduğu kimi, Ukrayna ilə müharibə başladıqdan sonra Rusiya klubları və milli komandaları 2022-ci ildən etibarən FIFA və UEFA turnirlərindən kənarlaşdırılıb.//Oxu.Az

Bizə qoşulun